Daha bir COVID-19 xəstəsinə ciddi xəbərdarlıq edildibackend

Daha bir COVID-19 xəstəsinə ciddi xəbərdarlıq edildi

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.

Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*