İran olimpiada zamanı İsanın surətinin alçaldılmasına etiraz əlaməti olaraq Fransa səfirini çağırıb. İsa İslamda peyğəmbərdir və ona görə də peyğməbərə həqarət İslama təhqirdir.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Stepan Danielyan yazıb.
O daha sonra bildirib: “Türkiyə mətbuatında isə fransız xristianlarının belə bir hərəkətə münasibəti “sahip çıkmak” ifadəsi ilə səciyyələnir: “sahib” cənab deməkdir, ifadənin özü isə “ağa olmaq” mənasındadır. Yəni öz şəxsiyyətinin, dəyərlərinin ağası olmaq deməkdir.
Bəs biz nə edirik? Əslində biz öz dəhyərlərimizə “sahib çıxırıqmı?”. Çünki biz heç bir hörmətə layiq olmayan varlıqlarıq”.
Natiq Səlim,
KONKRET.az