Danimarka hökuməti iki yeni patrul gəmisi almağı təklif edib və Qrenlandiyada hərbi mövcudluğu gücləndirmək üçün F-35 təyyarələrini daşımaq üçün Kangerlussuaq hava limanını modernləşdirmək niyyətindədir.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, Kopenhagen həmçinin patrulların sayını artırmaq istəyir. Danimarka daha əvvəl uzaq mənzilli dronlardan istifadə etməklə Şimali Atlantik okeanı və Arktika üzərində patrulların gücləndirilməsi üçün 400 milyon dollar ayırıb. Məlumatda bildirilir ki, on ildən çox müdafiə xərclərini azaltdıqdan sonra Danimarka 2024-cü ildə hərbi qüvvələrini gücləndirmək üçün 10 il ərzində 26 milyard dollar ayırıb. Hazırda Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün dörd gəmi, bir patrul təyyarəsi və 12 it çəngəl patrulu yerləşdirilib.
Vəli Həsənoğlu,
KONKRET.az