Həmin hava limanına Berluskoninin adı verildibackend

Həmin hava limanına Berluskoninin adı verildi

Milanın Malpensa Hava Limanına İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin adı verilib.

KONKRET.az xəbər verir ki, bu haqda “Milano Today” nəşrinin məlumat yayıb.

Siyasətçinin qızı Marina Berluskoni rəsmi mərasimdə çıxış edərkən deyib:

“Milan Malpensa Silvio Berluskoni” hava limanının hər gün dünyanın müxtəlif yerlərindən gələn minlərlə səyahətçini qarşılayacağını düşünmək məndə qürur və həyəcan hissi doğurur”.

Tədbirdə İtaliya Senatının sədri İnyatsio La Russa, Lombardiya bölgəsinin rəhbəri Attilio Fontana və İtaliyanın Baş nazirinin müavini Matteo Salvini kimi siyasi xadimlər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*