Danimarkada ifrat sağçı qruplaşmanın üzvləri yenidən müqəddəs Quran kitabını yandırıb.
KONKRET.az xəbər verir ki, aksiya paytaxt Kopenhagendə yerləşən məscidin qarşısında baş tutub.
Aksiya iştirakçıları islam əleyhdarı və ifrat millətçi fikirləri ilə tanınan “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri olub.
Polisin nəzarəti altında baş tutan aksiya zamanı qruplaşma üzvləri İslam əleyhinə şüarlar səsləndiriblər. Aksiya sosial mediada canlı yayımlanıb.
