Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisəni ailənin kürəkəni törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
