Daşkəsəndə minik avtomobili “KamAZ”la toqquşdu – Ölən varbackend

Daşkəsəndə minik avtomobili "KamAZ"la toqquşdu - Ölən var

Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Araşdırmalar zamanı məlum olub ki, “KamAZ” markalı avtomobil ilə “Niva” markalı yük avtomobili toqquşmuş nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

“Faktla bağlı araşdırmalar davam etdirilir”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*