Daxili Qoşunların polkovniki vəfat etdibackend

Daxili Qoşunların polkovniki vəfat etdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.

KONKRET.az unikal-a istinadla xəbər verir ki, o, ürəktutmasından vəfat edib.

1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*