DÇ-2022: Ukrayna mundiala vəsiqə qazana biləcəkmi?backend

DÇ-2022: Ukrayna mundiala vəsiqə qazana biləcəkmi?

Bu gün Avropadan futbol üzrə dünya çempionatına çıxacaq son milli komanda müəyyənləşəcək. 

KONKRET.az-ın məlumatına görə, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna yığmaları qarşılaşacaq.

Görüşü ispaniyalı FIFA referisi Mateu Laos idarə edəcək. Bu matçın qalibi DÇ-2022-nin final mərhələsinin “B” qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olacaq.

DÇ-2022, pley-off mərhələsi, final

5 iyun

20:00. Uels – Ukrayna

Baş hakim: Mateu Laos (İspaniya)

Uels, Kardiff. “Kardiff Siti” stadionu

Qeyd edək ki, UEFA Ukraynadakı müharibəyə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişib. Ukrayna pely-off-un yarımfinalında Şotlandiyanı 3:1 məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*