“Dəhliz yalnız müharibə yolu ilə, həm də böyük itkilərlə verilə bilər”- Erməni mediasıbackend

"Dəhliz yalnız müharibə yolu ilə, həm də böyük itkilərlə verilə bilər"- Erməni mediası

“Dəhliz yalnız müharibə yolu ilə, həm də böyük itkilərlə verilə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasında yazı dərc edilib.

Yazıda bildirilir ki, Ermənistan bütün kommunikasiyaları açmağa və Azərbaycanı Naxçıvanla birləşdirmək üçün yol verməyə hazırdır.

“Bu, dəfələrlə deyilib, təsdiqlənib, danışıqlarda təklif olunub. Lakin Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq yolların açılması ilə kifayətlənmir, daha çox istəyir.

Ermənistan buna imkan verə bilməz. Dəhliz vermək Ermənistan-Zəngəzur onurğasını sındırmaq və Ermənistanın suveren ərazisində bərpası mümkün olmayan çat yaratmaq deməkdir.

Əgər Ermənistan nə vaxtsa dəhlizlə bağlı saziş imzalayaraq, öz ərazisi üzərində suverenlikdən imtina edib Türkiyə və Azərbaycana versə, o zaman heç vaxt öz ərazisi üzərində suverenliyini bərpa edə bilməyəcək.

Dəhlizin ardınca Azərbaycan və Türkiyə qoşunları bütün xətt üzrə yerləşdiriləcək, dəhlizdə daimi sakinlər peyda olacaq. Bundan sonra dəhlizin ərazisində yaşayış məntəqələri yaradılacaq və bu ərazi tamamilə itiriləcək. Bir sözlə, Ermənistanın onurğa sütunu qırılacaq!

Dəhlizin təmin edilməsinə razılıqda Ermənistanın imzası istisna edilir. Ermənistan öz torpağının hər qarışı uğrunda vuruşacaq! Azərbaycan isə müharibə yolu ilə Ermənistanın suveren ərazisinə hücum edib işğal etməyə cəhd edərsə, ölkə bu ssenariyə hazır olmalıdır!

Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələsində Rusiyaya heç bir ümid bəsləmək olmaz. Çünki bu ölkə nəinki Ermənistanın müdafiəsinin gücləndirilməsini dəstəkləyir və ümumiyyətlə, heç bir silah-sursat vermir. Həm də onun razılığı və susqunluğu Əliyevi Ermənistana hücum etməyə sövq edir.

Öz təhlükəsizliyini təmin etmək baxımından Ermənistan yeni müttəfiqlər axtarmalıdır”, – deyə erməni mediası yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Muhammed
    Sentyabr 20, 2022 - 09:52

    Ermənistan yenədə həmişəki kimi sərsəmləiyir, yenədə sarsaqlayir, unudmasin ki, həmişə olduğu kimi başının üstündə Dəmir Yumruqla bərabər Azərbaycan respublikasının, Dövlətinin Rəşadətli Şanlı Vətənpərvər Ordusu var.

  • Nailə
    Sentyabr 21, 2022 - 15:10

    Bəs o torpaqlari Azərbaycandan alıb erməsitana verende bilmirdilər ki Azərbaycanin onurğa sütununu qırıldı Biz öz onurğa sütunumuzu bərpa etmək istəyirik Bizim tarixi torpaqlarımızda qamış olmusunuz Sizin neyiniz var ay ermənilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*