Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində beşmərtəbəli yaşayış binasının girişinin qismən uçması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb. (Bakupost)
