Delimitasiyaya etiraz edən ermənilər Gümrü yolunu bağladılarbackend

Delimitasiyaya etiraz edən ermənilər Gümrü yolunu bağladılar

Ermənistanda delimitasiyaya etiraz edənlər İrəvan magistralını bağlayıblar.

Onlar hakimiyyəti Ermənistan torpaqlarını Azərbaycana təslim etməkdə ittiham edirlər

Ermənistanın Şirak rayonunun 100-ə yaxın sakini Azərbaycanla sərhədlərin birtərəfli delimitasiyasına son qoymaq tələbi ilə İrəvan-Gümrü magistral yolunu bağlayıb.

KONKRET.az xəbər verir ki, “Ermənistan” müxalifət fraksiyasından olan deputat hadisə yerindən video yayıb.

“Facebook” sosial şəbəkəsində yayılan videoya görə, sakinlər avtomobillərlə yolu bağlayıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Onlar hakimiyyəti Ermənistan torpaqlarını təslim etməkdə ittiham edirlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*