Delta ştammı ilə bağlı yeni şübhə: Antikorlardan yayına bilir – İnfeksionistbackend

Delta ştammı ilə bağlı yeni şübhə: Antikorlardan yayına bilir - İnfeksionist

COVID-19-un delta ştammı neytrallaşdırıcı anticisimlərdən yayına və xəstəliyin daha ağır gedişatına səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov bildirib.

Çulanov qeyd edib ki, delta ştammı pandemiyanın başladığı dövrdə mövcud olan baza ştamdan xassələrinə görə əhəmiyyətli dərəcədə fərqlənir:

“O həm də insandan insana daha sürətli ötürülmə xüsusiyyətlərinə malikdir və peyvənd vurulması, həmçinin əvvəlki xəstəlik nəticəsində qazanılmış antikorların neytrallaşdırıcı təsirindən yayınır. Bundan başqa daha patogendir, yəni xəstəliyin daha ağır gedişatına səbəb ola bilir və əlverişsiz nəticə ehtimalı daha yüksəkdir”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*