Dənizdə batan gənc magistraturada oxuyurmuş – FOTObackend

Dənizdə batan gənc magistraturada oxuyurmuş - FOTO

Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.

Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.

Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*