Deputat “20 yanvar”da ticarətin ləğvini əsaslı saydı: “Ehtiyac yoxdur”backend

Deputat “20 yanvar”da ticarətin ləğvini əsaslı saydı: “Ehtiyac yoxdur”

“Metro stansiyalarında, keçidlərdə mağazaların fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Çünki hər gün metro ilə yüz minlərlə insan gediş-gəliş edir. Onların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması həm məsuliyyət, həm də vətəndaşlıq borcu tələb edir. Buna görə də “20 Yanvar” metrostansiyasının keçidlərindən mağazaların, ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur”. 

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O əlavə edib: “Əgər bu insanlara münasib ərazilərdə ticarət etmələri üçün lazımi şərait yaradılıbsa, etirazlarına, yaxud çağırışlarına heç bir ehtiyac yoxdur. Bu əsassızdır. Sahibkarları qızışdıranların onları etiraz aksiyalarına təhrik etmələri, neqativ hallara çağırışları yolverilməzdir. Düşünürəm, bunun üçün məsuliyyət dərəcələri var. Hər kəs öz hərəkətinə məhəl qoymalı, nə etdiyini yaxşı düşünməlidir. Azərbaycan qanunlarla idarə olunan dövlətdir. Vətəndaşların narahatlığına, gediş-gəlişlərinə maneə olmaq müəyyən dərəcədə inzibati məsuliyyət yaradır. Hər bir kəs bunu bilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*