Deputat bağçaların yoxlanılmasını təklif etdibackend

Deputat bağçaların yoxlanılmasını təklif etdi

“Dövlət tərəfindən məktəbəqədər təhsil müəssisələri tikilir”.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu təhsil müəssisələrinin fəaliyyətində səmərəlilik tam olaraq təmin edilməyib: “Hər bir uşaq bağçasında 12 qrup fəaliyyət göstərməli olsa da, burada 8 qrup fəaliyyət göstərir. Nəticədə bizim uşaqlarımız bu təhsil müəssisələrindən istifadə edə bilmir. Hesablama Palatasının sədrindən xahiş edirəm ki, Təhsil Nazirliyi ilə hər hansı auditin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün onlara lazımi tövsiyələr versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*