Deputat parlament iclasına tabut və kəfənlə gəldibackend

Deputat parlament iclasına tabut və kəfənlə gəldi

Türkiyədə “AK” partiyasının Ankara üzrə millət vəkili Osman Gökçek Ankara Böyükşəhər Bələdiyyəsinin Kahramanmaraşdakı zəlzələlərin ardından etdiyi kəfən və cənazə torbası tenderində rüşvət alındığını iddia edib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gökçek TBMM-dəki mətbuat konfransına “Ankarada vurğun ölümün adıdır” yazılı plakatla çıxıb və salona tabut, kəfən komplekti və cənazə torbası gətirib.

Ankara Böyükşəhər Bələdiyyəsi yüksək qiymətlərlə təşkil edilən konsertlərdən sonra bu dəfə kəfən və cəsəd torbası tenderi ilə gündəmə gəlib. Məsələ ilə bağlı TBMM-də mətbuat konfransı keçirən AK partiyası Ankara millət vəkili Osman Gökçek salona tabut, kəfən və cənazə torbası ilə daxil olması ilə diqqət çəkib.

O, 6 fevral 2023-cü il tarixindəki Kahramanmaraş mərkəzli zəlzələnin ardından ABB-nin cənazə torbası və kefen alımına dair tender açdığını bildirib. “Zəlzələdən 11 gün sonra tenderə çıxdılar. 21-B təcili tədbir ilə bu tender həyata keçirildi. 11 mart 2023-cü ildə mallar təslim olunmaq üzrə tender başa çatdı. Zəlzələ oldu, 35 gün keçdi, Ankara Böyükşəhər Bələdiyyəsi 80 milyonluq kəfən komplekti və cəsəd torbaları aldı. 35 gün keçməsinə baxmayaraq, bu məhsulları hansı vətəndaşımız üçün istifadə etdilər?” – deyə Gökçek sual ünvanlayıb.

“CƏSƏD TORBALARINI PULLA DOLDURDULAR”

Eyni dövrdə Üsküdar Dövlət Xəstəxanasının bir ədəd kəfən komplektini 259 TL, bir ədəd cəsəd torbasını isə 57 TL qiymətinə aldığına diqqət çəkən Gökçek “Bu hesabla bizdə 1 milyon 250 min ədəd cəsəd torbası olmalı idi. Bəs bu cəsəd torbaları haradadır? Bu tenderdə nə qədər kəfən, nə qədər cəsəd torbası alındığını bilmirik. Bu işin iki tərəfində də problem var. İnsanlar soyuqda həmin bölgələrdə yatıb, yaraları satrmağa çalışarkən, bunlar kəfənləri və cəsəd torbalarını pul ilə doldurdular” – deyə, vurğulayıb.

“BU VURĞUN HAQQINDA NƏ DÜŞÜNÜRSÜNÜZ?”

Tenderi qazanan şirkətin tikinti şirkəti olduğunu, bu şirkətin indiyə qədər yalnız cənazə ilə əlaqədar iki iş gördüyünü bildirən Gökçek, “Hər gün zəlzələ ilə bağlı danışan CHP-lilərə səslənirəm, Mansur Yavaşın etdiyi bu vurğun haqqında nə düşünürsünüz? Bunu harada yerləşdirirsiniz?” – deyə, soruşub.

İDDİA EDİLƏN MƏBLƏĞ 15 MİLYON TL

Ankara Böyükşəhər Bələdiyyəsinin digər bələdiyyələrlə müqayisədə kəfən və tabut almaqda çox yüksək qiymətlər ödədiyini iddia edən Gökçek 2020, 2022 və 2024-cü illərdə keçirilən tenderlərdə 15 milyon TL məbləğində rüşvət yapıldığını bildirdi.

“BU PULLAR KİMİN CİBİNƏ GETDİ?”

Ankara Böyükşəhər Bələdiyyəsinin bu tenderləri müvafiq sahə ilə əlaqəsi olmayan şirkətlərə verdiyini qeyd edən Gökçek “Bu pullar kimin cibinə getdi? Ankaralı yerlilərim bu pulları kimə verir? Bu şəxslərin mütləq ortaya çıxması lazımdır. Bütün məlumatları və şəxsləri ilə bunları prokurorluğa təqdim edəcəyəm. Hərtərəfli araşdırılmaları lazım olduğunu düşünürəm. Sayın Mansur Yavaş illərdir bu işləri görür, niyə bu adamın üzərinə getmirlər? Bəlkə Ankarada bu məsələlərlə bağlı özünü qoruyan bir şəbəkə var? Cənab, Mansur Yavaş, pandemiya dövründə, konsertdə, tabutlarda, cəsəd torbalarında, kəfən işlərində etdiyi vurğun açıq-aşkardır. İnsanlar ağlayarkən, dağıntılar altından fəryadlar gələrkən, biz birləşmiş halda hərəkət edərkən bu tenderdəki cəsəd torbaları, kəfənlər haradadır? Bunlar arasındakı qiymət fərqləri kimin cibinə getdi?” – deyə, o, əlavə edib./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*