“Hayastan” blokundan deputatlığa namizəd Boris Arzumanyan misli görünməmiş amansızlıqla qətlə yetirilib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə bir neçə gün əvvəl Nor Nork şəhərinin Şopron küçəsində baş verib:
“Asfalta yıxılmış Arzumanyanın üzərindən avtomobillə bir neçə dəfə keçiblər. O, aldığı xəsarətlərdən yerindəcə ölüb. Artıq iki nəfər saxlanılıb, birinin barəsində həbs qətimkan tədbiri seçilib”.
Nəşr qeyd edir ki, öldürülən Boris Arzumanyan müxalif baxışlara malik olub:
“Onun Feysbuk səhifəsində müxalifət aksiyalarından videolar, “Müqəddəs mübarizə”dən fotolar və hökuməti tənqid edən paylaşımlar var.
Məlumatlara görə, o, “Hayastan” blokundan deputatlığa namizəd olub”.
