Dezinfeksiyadan 5 nəfər zəhərləndibackend

Dezinfeksiyadan 5 nəfər zəhərləndi

Sumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.

Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*