Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən ayrılması ilə bağlı xəbərlər yayılıb.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın aparıcılıq etdiyi “Söhbət var” verilişi artıq sözügedən kanalda yayımlanmayacaq.
D.Əliyeva öz istəyi ilə telekanalla yollarını ayırıb. O, fəaliyyətini “Xəzər TV”də davam etdirəcək.
Məsələ ilə bağlı qafqazinfo Dilarə Əliyevanın özü ilə əlaqə saxlayıb. Əməkdar artist yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
“Xəbərlər əsassızdır, şayiədir. Mən ARB TV-də öz vaxtımda, öz saatımda “Söhbət var” verilişimə davam edirəm. Heç bir problem də yoxdur”.
ARB TV də sözügedən məsələ ilə bağlı açıqlama yayıb. “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov bildirib ki, aparıcı kanalda fəaliyyətini davam etdirir və onun hansısa səbəbdən ayrılması barədə yayılan məlumatlar şayiədir.
“Dilarə Əliyeva kanalın ilk uğurlu transferlərindəndir və hazırda o, iş başındadır”, – o bildirib.