DİN-dən elektrovozla avtomobilin toqquşması ilə bağlı MƏLUMATbackend

DİN-dən elektrovozla avtomobilin toqquşması ilə bağlı MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) elektrovozla avtomobilin toqquşması ilə bağlı məlumat yayıb.

DİN-dən KONKRET.az-a daxil olan məlumatda deyilir:

“Fevralın 26-da saat 23 radələrində Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla Sumqayıt şəhər sakini Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən N.Fərzəliyev orada ölüb, sərnişini – Ağdam rayon sakini Y.Yusifzadənin vəziyyəti orta-ağırdır.

Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*