DİN-dən əməliyyat – SAXLANILANLAR VARbackend

DİN-dən əməliyyat - SAXLANILANLAR VAR

Aprelin 28-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

KONKRET.az bildirir ki, bu barədə DİN məlumat yayıb. Qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*