DİN-dən futbolçu Elvin Cəfərquliyevin saxlanılması ilə bağlı AÇIQLAMAbackend

DİN-dən futbolçu Elvin Cəfərquliyevin saxlanılması ilə bağlı AÇIQLAMA

Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.

KONKRET.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

Qeyd olunub ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan azarkeş polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*