DİN ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydıbackend

DİN ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə ər-arvadın öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini olan həyat yoldaşı Afət hadisə yerində ölüb.

  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*