DİQQƏT: Bu ailələrin övladlarına uşaq pulu verilə bilər…backend

DİQQƏT: Bu ailələrin övladlarına uşaq pulu verilə bilər...

“Azərbaycanda uşaq pulunun yalnız aztəminatlı ailələrə verilməsi ilə bağlı konsepsiyanın hazırlanması mümkündür. Lakin bu müavinətin təkcə aztəminatlı ailələrlə məhdudlaşdırılması dövlətin sosial siyasətinə tam uyğun deyil”

Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib.

Vüqar Oruc

Onun sözlərinə görə, uşaq pullarının verilməsində əsas məqsəd təkcə sosial müdafiə deyil, eyni zamanda əhalinin sayının artırılmasının stimullaşdırılması və gənc ailələrə dəstəyin göstərilməsidir:

“Düşünmürəm ki, uşaq pulunun yalnız aztəminatlı ailələrə verilməsi Azərbaycanın sosial siyasətinə uyğun olsun. Adətən bu cür dəstəklər həm əhali artımını stimullaşdırmaq, həm də gənc ailələrə kömək məqsədi daşıyır. Ona görə də aztəminatlı ailələrlə yanaşı, ölkə üzrə yeni doğulan bütün uşaqlara müəyyən müavinətin – uşaq pulu formasında verilməsi məqsədəuyğundur”.

V.Oruc qeyd edib ki, bir sıra qonşu ölkələrdə də bu praktikadan istifadə olunur və xüsusilə çoxuşaqlı ailələr üçün daha yüksək məbləğlər tətbiq edilir.

Ekspert hesab edir ki, uşaq pullarının təsnifatlaşdırılması daha ədalətli mexanizmin formalaşmasına imkan verər:

“Aztəminatlı ailələrə daha yüksək məbləğdə uşaq pulu verilə bilər. Digər ailələr üçün isə stabil və ümumi məbləğ müəyyən olunmalıdır. Eyni zamanda uşaq pulu uşaqların sayına görə də təsnifatlaşdırılmalıdır”.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda doğulan uşaqların sayının azalması ciddi və mənfi tendensiyadır:

“Bu proses əhalinin artımı və ölkənin gələcək inkişafı üçün problem yaradır. Bu tendensiyanın qarşısını almaq üçün uşaq sayının artırılmasını stimullaşdıran tədbirlər görülməlidir. Uşaq pullarının uşaqların sayına görə fərqləndirilməsi bu tədbirlərin əsas istiqamətlərindən biri olar”.

V.Oruc əlavə edib ki, sosial qrupların müəyyənləşdirilməsi də mümkündür. Belə ki, sosial müavinət alan ailələr, işsizlər, ailə büdcəsində minimum əməkhaqqı səviyyəsində gəliri olanlar ayrıca qiymətləndirilə bilər:

“Bütün bu göstəricilər əsasında hər bir ailənin ehtiyacına uyğun mexanizm formalaşdırmaq olar. Bu yanaşma Azərbaycanın sosial dövlət kimi vətəndaşlarının rifahını qorumaq prinsipinə tam uyğundur”.

Ekspertin fikrincə, 2026-cı ilin iqtisadi baxımdan çətin il olmasına baxmayaraq, iqtisadi fəallığın artırılması hesabına bu cür sosial layihələrin icrası mümkündür:
“İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq və Azərbaycan dövləti sosial müdafiə mexanizmlərini daha da təkmilləşdirəcək”.

Aynurə İsmayıl
KONKRET.az

  • Konul
    Fevral 8, 2026 - 00:15

    Xahiş edirrm usaq pulu verilsin cavan ayleyik men islemirem 2qiz Usaqi boyuduruk. Ona gorr usaq pulu verilse yaxsi olar🙏🙏🙏🙏

  • Eli
    Fevral 8, 2026 - 19:38

    Əla dı
    Sldmdkv
    Fpep

  • İmanova Gulnarə
    Fevral 9, 2026 - 14:31

    salam Men 2korpe usagli anayam ankaloji xestelyden illerdi ezyet cekrem emelyat olsamda isleye bilmrem yoldasm illerdi veremdi ag ciyer instutunda qeydyatdadu ikmzde pensya ala blmrk bize atqaz gelrki ximya olmalidi yada agzndan qan gelmelidi son merhelede pensya verilmelidi. Qsa net ximya almalyam ki pensya alim.Men mecburi kockun ailesiyem 5neferlk aileyik 2otagda usd usde yatrg soyugun derdinden qaz pulu isg pulu su pulu yoxdu .hara muraciet edim derdimi kime deyim Hormetli Cənab Prezdentden xais edrem menim evime numayende gonderin. Mən verem xestemi öz xestelymi mualice eletdre blmrem usaglarm acindan yata blmr.Zibillye aslan coreyi isladb yeyirik.mende gelecek esger boyudrem bele yasaya bilmrk doze bilmrk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*