Florida ştatının Nümayəndələr Palatası The Walt Disney Company-nin xüsusi vergi güzəştini ləğv etməyə səs verdi.
Qeyd edək ki, vergi güzəşti şirkətə ona aid torpaqları müstəqil idarə etməyə və bunun sayəsində ildə on milyonlarla dollara qənaət etməyə imkan verirdi.
KONKRET.az xəbər verir ki, buna səbəb The Walt Disney Company ilə respublikaçı qubernator Ron DeSantis arasında yaşanan münaqişə olub.
Yeri gəlmişkən, onlar arasında qarşıdurma bu yaxınlarda qəbul edilmiş valideyn hüquqları haqqında qanuna görə yaranıb.
Həmin qanun müəllimlərin ibtidai sinif şagirdləri ilə cinsi kimlik və cinsi oriyentasiyanı müzakirə etməsini qadağan edir.
Amma “Disney” demokratlarla birlikdə bu qanuna qarşı çıxmışdı. Şirkət bəyan etmişdi ki, sözügedən qanun LGBT icmasına qarşı siyasi motivli hücumdur.
Məlum olduğu kimi, Ron DeSantis ən populyar respublikaçı siyasətçilərdən biridir və növbəti prezident seçkilərində şanslı namizədlərdən biri hesab olunur.
Sevinc Paşayeva,
KONKRET.az
