Donbassda həlak olan həkim-qadının adı açıqlandıbackend

Donbassda həlak olan həkim-qadının adı açıqlandı - FOTO

Ukraynanın Luqansk vilayətinin Novotoşkovsk rayonu ərazisində mexanikləşdirilmiş bölüyün böyük tibb işçisi, 32 yaşlı çavuş Klavdiya Sıtnik atəş açılması nəticəsində həlak olub.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumat 93-cü mexanikləşdirilmiş briqadanın “Facebook” səhifəsində yayılıb.

“Bu gün Luqansk vilayətinin Novotoşkovsk vilayətinin ərazisində terrorçu silahlı birləşmələrin atəşindən sonra çavuş Klavdiya Vladimirovna Sıtnik (qız soyadı – Koroldur) həlak olub. O, bir xəstə döyüşçü üçün dərman daşıdığı zaman sinəsindən qəlpə yarası alaraq ölüb”, – deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, bu zaman cəbhə bölgəsinin separatçıları minaatanlardan, dəzgah və əl qumbaraatanlardan, iri kalibrli pulemyotlardan və atıcı silahlardan atəş açıblar.

Klavdiyanın 2008-ci il təvəllüdlü qızı var idi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*