Dörd cüdoçumuz Avropa çempionatında medal qazandıbackend

Dörd cüdoçumuz Avropa çempionatında medal qazandı

Azərbaycanın dörd cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

KONKRET.az xəbər verir ki, qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan doqquz nəfərdən dördü bürünc mükafata yiyələnib.

Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).

Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*