Polis əməkdaşları Moskvada yerli hostellərdən birində qətlin törədilməsində şübhəli bilinən kişini saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Moskva” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
Qeyd edildiyi kimi, ölən adamın cəsədi paytaxtın cənubunda tapılıb. İstintaqın məlumatına görə, mübahisə zamanı qatil dostunun sinə və mədəsinə bıçaqla dörd zərbə endirib.
O, hadisə yerində ölüb.
1972-ci il təvəllüdlü şübhəli şəxsə qarşı cinayət işi başlanılıb.
Babək Göyüş
KONKRET.az
