ABŞ “Moskva City” və Mərkəzi Rusiyaya qarşı nümayişkaranə hücum hazırlayır.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Vahid Rusiya” partiyasından olan Dövlət Dumasının deputatı Yevgeni Fedorov deyib.
Onun fikrincə, onlar pilotsuz təyyarələr və ya uzaq mənzilli raketlərlə vurula bilər.
“Mən bilirəm ki, onlar zərbə vurmaq planı hazırlayırlar. Məsələn, “Moskva City”yə nümayişkaranə hücum planlaşdırılır”, – o bildirib.
Qeyd edək ki, “Moskva City” Moskvanın Presnenski bölgəsində yerləşən biznes rayonudur. Burada iri şirkətlərin ofisləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi, eləcə də onların tabeliyində olan idarələr var.
Video “Belrusinfo” Telegram kanalında yerləşdirilib.
İqbal Rzayev,
KONKRET.az
