Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Zelenskiyə cavab verdibackend

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Zelenskiyə cavab verdi

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Zelenskiyə cavab verib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, rusiyalı siyasətçinin sözlərinə görə, Zelenski öz bəyanatları ilə vaxt udmaq, eyni zamanda hərbi yardım üçün NATO-ya müraciət etmək istəyir.

Əgər Ukrayna Prezidenti Ukrayna vətəndaşları haqqında düşünürsə, dərhal bunu etməlidir:

– qoşunları Donetsk və Luqansk Xalq Respublikalarının ərazisindən çıxarmaq;

– Krımın və Ukraynanın bloka daxil olmayan statusunun tanınması, habelə ölkənin denazifikasiyası və demilitarizasiyası üzrə öhdəliklərin müqavilə əsasında müəyyən edilməsi.

Qeyd edək ki, Zelenski bu ərəfədə Rusiya Federasiyası ilə razılaşmanın iki sənəddən ibarət ola biləcəyi barədə fikir bildirib: “Ukraynanın təhlükəsizliyinə zəmanət və onun Moskva ilə münasibətləri”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*