Dövlət tərəfindən verilən mənzillər satıla bilərmi? – VACİB AÇIQLAMAbackend

Dövlət tərəfindən verilən mənzillər satıla bilərmi? - VACİB AÇIQLAMA

İndiyə kimi ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə, o cümlədən, müharibə əlillərinə mənzil və fərdi ev verilib. Maraqlıdır, dövlət tərəfindən verilən mənzillər satışa çıxarıla bilərmi?

Bu barədə KONKRET.az-ın sorğusunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvər Abdullayev cavablandırıb.

Onun sözlərinə əsasən bu qəbildən olan mənzillərin özəlləşdirilməsi və satışı qadağandır:

“Şəhidlərimizin ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin olunurlar.

Bu mənzil və ya fərdi evlər sözügedən kateqoriyadan olan şəxslərə daimi istifadə üçün təqdim edilir. Dövlət mənzil fondundan imtiyazlı kateqoriyadan olan vətəndaşlara verilən mənzillər qanunvericiliyə əsasən özəlləşdirilmir və satıla bilməz”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*