DSMF məlumat yaydı: Bu şəxslərə ömürlük 1500 manat verilirbackend

DSMF məlumat yaydı: Bu şəxslərə ömürlük 1500 manat verilir

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?

KONKRET.az globalinfo.az-a istinadən bildirir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir.

Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin 236 nəfəri kişi, 93-ü qadın olub. (329 nəfər)

2018-ci ildə bu rəqəm 414, 2019-cu ildə 416, 2020-ci ildə 416, 2021-ci ildə 365, 2022-ci ildə 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

Qeyd edək ki, təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.

  • Gùlər Cəfərova
    May 9, 2025 - 12:26

    Mòhterem prezident himayesinde xeste yetime baxan işlemeyen kirayede yaşayan tek analarada bele kòmeklikden gòsterin xahiş edirem. Bu bolluq dùnyada zúlùm cekirem.

  • Umidvar Qurbanli
    May 9, 2025 - 13:21

    Ali baş komandan Cenab İLHAM ELIYEV Cenablari xaish edirem veten muharibesi qazilerinde prezdent teqaudunu artirasiniz

  • Bəşir
    May 9, 2025 - 14:01

    İş isteyirsem yoxdu maş alan yerim yox pensiya alanım yox sosial vermirlər uşaq pulu vermirlər 3 uşaqı böyüt necə böyüdürsen bele məsələlərdə baxında .çox xaiş edirəm .necə yaşayaq biz

  • Zaira
    May 9, 2025 - 16:11

    Men Sosiala elektron qaydada muraciet etmişdim ve bir aydan çox keçdi yoxlama geldi iki şexs ve behane ederek mene imtina vurublar mem şikayetçiyem olardan .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*