DSX-da müəmmalı ölən əsgərin anası Prezidentə müraciət etdi – FOTO-VİDEObackend

DSX-da müəmmalı ölən əsgərin anası Prezidentə müraciət etdi – FOTO-VİDEO

Dövlət Sərhəd Xidmətində (DSX) müəmmalı ölən əsgərin anası prezidentə müraciət etdi.

Əsgər anası: “Elçin Quliyevə nə qədər müraciət etdim, amma xeyri olmadı.”

KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, 2018 ci ildə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən əsgərin ailəsi övladlarının ölüm işinin araşdırılmasını və təqsirli şəxslərin cəzalandırılmasını istəyir.

Mərhum əsgərin ailəsi müraciətində bildirib ki, onlar indiyədək dəfələrlə bütün aidyyatı strukturlara müraciət edib. Amma heç bir nətricəsi olmayıb.

Qeyd edək ki, hadisə 2018-ci ildə baş verib. 1997-ci il təvəllüdlü Hüseyn Qurbanov hərbi xidmətə yollandıqdan 2 ay sonra DSX-nin Balakən rayonunda yerləşən N saylı hərbi hissəsində silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Ailəyə övladlarının özünə qəsd etdiyi bildirilsə də onlar bunu heç cür qəbul etmir. Mərhum əsgərin anası Qurbanova Silvina Seyfulla qızı qeyd edir ki, övladı heç vaxt özünə qəsd edəcək xarakterə sahib olmayıb.

Oğlum Ali təhsilli idi. Uşaq yaşlarından idmana gedib və bu vaxta qədər müxtəlif idman yarışlarında 30-dan çox medal və mükafat qazanıb. Oğlum heç vaxt özünü öldürə bilməzdir.

Mən ölkə başçısından, cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, xitam verilən bu işin yenidən araşdırılması və günahkarların cəzalandırılması üçün bizə yardım etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*