DSX-dən hərbçilərin ərzaqlarının Ukraynada satılması barədə AÇIQLAMAbackend

DSX-dən hərbçilərin ərzaqlarının Ukraynada satılması barədə AÇIQLAMA

“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.

“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyə əsasən, dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*