DSX rəisi Prezidentə Haroplarla bağlı raport verdi – VİDEO – YENİLƏNİBbackend

DSX rəisi Prezidentə Haroplarla bağlı raport verdi - VİDEO - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nın hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

KONKRET.az həmin dialoqu təqdim edir:

Elçin Quliyev deyib:

Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçıb.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu, dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər.

 

***

09:23
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

KONKRET.az xəbər verir ki, dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər zamanı Dövlət Səhər Xidmətinin yeni inşa edilən hərbi hissəsində də olub.

Bu zaman DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev Ali Baş Komandana görülən işlərlə bağlı raport verib. Vətən müharibəsindən də danışan Elçin Quliyev qeyd edib ki, düşmən Horadiz istiqamətində əks-həmlə etdiyi vaxt 2 saat müddətində ermənilərin 14 tankı “Harop”lar vasitəsi ilə məhv edilib. General əlavə edib ki, həmin vaxt düşmən təqriban 10-12 tankı da qoyub qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*