Beyləqan rayonunda bir nəfərin suda boğulması ilə nəticələnən hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” beton kanalında qeydə alınıb.
Əhmədov Amin Zamir oğlu kanalda çimərkən suda batıb.
Hazırda onun meyitinin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
