Türkiyədə qatı duman səbəbindən 10 avtomobil bir-biri ilə toqquşub.
KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, İzmir-İstanbul şossesində baş verən zəncirvari yol qəzasında 7 nəfər yaralanıb. Onlar Bursa Şəhər Xəstəxanasına aparılıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilirb.
Məlumata görə, qatı dumana görə görmə məsafəsinin azalması səbəbindən 2 yük maşını, mikroavtobus və 6 minik avtomobilinə ziyan dəyib
Qəza səbəbindən magistral yolda tıxac polis qruplarının nəzarəti ilə aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa edilib.


