Dünya Bankı Ukraynaya 350 milyon dollar vəsait ayırırbackend

Dünya Bankı Ukraynaya 350 milyon dollar vəsait ayırır

Dünya Bankı Ukraynada aparılan islahatları dəstəkləmək üçün bu ölkəyə martın sonunadək 350 milyon dollar vəsait ayıracaq.

KONKRET.az-ın məlumatına görə, bunu Münhen Təhlükəsizlik konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Dünya Bankının prezidenti Devid Melpas bildirib.

Bankın saytında yayılan məlumata görə, Melpas Dünya bankının Ukraynaya operativ qaydada 350 milyon dollar ayrılması məsələsini martın sonunadək müzakirə edəcək. qeyd olunur ki, vəsaitin ayrılması müvafiq islahatlarla müşayiət olunmalıdır. Energetika və ekologiya sahəsində islahatlar xüsusilə vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*