Dünya çempionu pəncərədən yıxılıb öldü – FOTObackend

Dünya çempionu pəncərədən yıxılıb öldü - FOTO

Fiqurlu konkisürmə üzrə gənclər arasında dünya çempionu Yekaterina Aleksandrovskaya ölüb.

KONKRET.az xəbər verir ki, bədbəxt hadisə rusiyalı idmançının evində baş verib.

20 yaşlı Aleksandrovskaya 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılıb. Gecə yıxılan Yekaterinanın cəsədi bir müddət sonra pəncərənin altından tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Bu yaxınlarda Kanadadakı yarışda uğursuz çıxış edən Yekaterina Aleksandrovskayanın depressiyadan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, rusiyalı idmançı 2016-cı ildə vətəndaşlığını dəyişərək, Avstraliya millisi üçün yarışıb. O, 2017-ci ildə cütlərin mübarizəsində gənclər arasında dünya çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*