Dünya ölkələrinin intihar reytinqi – Azərbaycan neçənci yerdədir?backend

Dünya ölkələrinin intihar reytinqi - Azərbaycan neçənci yerdədir?

İntiharların sayına görə statistik məlumatlara əsasən Dünya Səhiyyə Təşkilatı dünya ölkələrinin statistikasını hazırlayır. Bir neçə müddətdən bir bu siyahı yenilənir.

KONKRET.az rəsmi araşdırmalara görə ÜST-ün intihar hadisəsi çox olan ölkələrin siyahısını təqdim edir:

Statistika il ərzində hər 100 min nəfər əhaliyə düşən intihardan ölüm sayına əsasən hesablanır.

Bununla da həmin ölkə və regionda əhalinin ümumi sosial psixoloji vəziyyəti aydın olur.

Hazırda ÜST intiharları dünya üçün qlobal problem kimi qəbul edir. Son 50 ildə intihar sayı bütün dünyada 60% artıb. Bir çox ölkələrdə, məsələn Rusiyada özünə qəsddən ölüm 15-45 yaş arası insanlar arasında ölüm səbəbləri içərisində 3-cü yeri tutur.

2018-ci il statistikasına görə dünyada ən çox intihar hadisələri baş verən ölkələrin ilk onluğu belədir:
1. Qenlandiya – 82%
2. Qayana – Cənubi Afrikada – 30%
3. Lesoto – 28%
4. Rusiya – 26%
5. Litva – 25%
6. Surinam – 23%
7. Kot-d-İvuar – 23%
8. Qazaxıstan – 22%
9. Qvineya – 22%
10. Belarus – 21%

İnsanlar arasında yayılmış bir fikrə görə yaponlar hamıdan daha çox intihara meyillidir. Göründüyü kimi Yaponiya birinci yerdə yox, 31-ci yerdədir.

Bizə yaxın Türkiyə 118-ci yerdə, Azərbaycan 176-cı yerdədir.

Azərbaycanda ümumi əhalinin 2,5 faizi intiharlardan vəfat edir.

Nəzərə alsaq ki, bu statistika pandemiyadan əvvəl hazırlanıb.

Təəssüflə hesab edirik ki, növbəti 4 ilin hesabatında Azərbaycan irəliyəyəcək. Çünki son 2 ildə ölkədə intihar hadisələri çoxalıb.(medicina.az)

</

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*