Dünya şöhrətli fotoqrafdan Azərbaycandakı dini tolerantlıqla bağlı paylaşım – FOTObackend

Dünya şöhrətli fotoqrafdan Azərbaycandakı dini tolerantlıqla bağlı paylaşım - FOTO

Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanda dini tolerantlığın nümayişindən heyranlığını bildirib.

KONKRET.az xəbər verir ki, o, özünün “Twitter” hesabından müxtəlif dini icma nümayəndələrinin Bakıdakı “Şəhidlər xiyabanı”nda “Əbədi məşəl”in yanında bir yerdə fotosunu paylaşıb.

“İndi birlikdə sülhü inşa etməyin vaxtı gəldi. Azərbaycanda xristian, müsəlman və yəhudi icmaları birlikdə dinc şəkildə yaşayırlar. Bu hekayələr, qarşılıqlı hörməti bölüşmək arzusu ilə hərəkət edən müxtəlif dini qrupların inanılmaz assimilyasiyasına işıq tutur”, – deyə şəklin şərhində vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*