Dünya şokda, boksçu qadın kişi çıxdıbackend

Dünya şokda, boksçu qadın kişi çıxdı

Britaniyalı jurnalist Morqan Pirs özünün  “X” sosial  şəbəkə hesabında gender testindən keçə bilməyən əlcəzairli boksçu İman Xelif haqqında açıqlanan xəbərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Pirs 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının qızıl medalının idmançının əlindən alınaraq əsl sahibinə verilməsini istəyib:”Bəzilərimizin o vaxt dedikləri təsdiqlənib, Xelif bioloji kişidir”. Bundan əvvəl fransız jurnalist Caffar Ait Audia Xelif haqqında reportaj təqdim edib. Dərc olunan tibbi rəyə görə, boksçuda uşaqlıq yox, daxili testisləri və böyümüş klitorisini xatırladan mikropenis müşahidə olunub. 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası uyğunluq meyarlarına cavab vermədiyi üçün Xelifi dünya çempionatından kənarlaşdırmışdı. Gender testinin nəticələri göstərib ki, idmançıda XY xromosomları və yüksək testosteron səviyyəsi mövcuddur. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsi onun 2024-cü ildə qadınların yarışmasında iştirakına icazə verib. Parisdə keçirilən  Olimpiya Oyunlarda Xelif 66 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*