Hava şəraitinin 7 oktyabrdan etibarən sabitləşəcəyi ehtimal olunur.
KONKRET.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın axaraz-a verdiyi məlumata görə, oktyabrın 7-si səhər saatlarından başlayaraq, yağıntılar tədricən kəsəcək.
“Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq.
7 oktyabr səhər saatlarında yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24°, dağlıq ərazilərdə isə gündüz 13-18° isti olacaq”, – deyə G.Məmmədova bildirib.
