Müavinətlərlə bağlı MÜHÜM XƏBƏRbackend

Müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin ilk 9 ayında Azərbaycanda 64 689 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 64 689 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Müavinət ödənişləri 30 282 nəfər qız, 34 407 nəfər oğlan uşağının anadan olmasına görə aparılıb.

Qeyd edək ki, Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği hər uşaq üçün 600 AZN-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*