Dünya yeni pandemiya ilə üz-üzədir? – Ekspertdən AÇIQLAMAbackend

Dünya yeni pandemiya ilə üz-üzədir? – Ekspertdən AÇIQLAMA

Son günlər bütün dünya COVİD-19 pandemiyasının bitməyi ilə bağlı şadyanalıq edir. Lakin hələ pandemiya bitməmiş digər təhlükələrlə bağlı məlumatlar yayılır.

Belə ki, Afrika qitəsində rast gəlinən bir xəstəlik olan “monkeypox” (meymun çiçəyi), son vaxtlar Avropa, eləcə də ABŞ-da yayılmağa başlayıb. Massaçusets ştatının rəsmiləri bu yaxınlarda Kanadaya səfər edən şəxsin bu virusa yoluxduğunu açıqlayıb və səhiyyə işçiləri bunun Avropadakı kiçik epidemiyalarla əlaqəli olub-olmadığını araşdırmağa başlayıblar.

Maraqlıdır, dünya yeni bir pandemiya təhlükəsiz ilə üz-üzədir? Azərbaycan üçün hansı təhlükələr var?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, professor Adil Qeybulla cavablandırıb. O bildirib ki, yoluxucu viruslarla bağlı təhlükə həmişə var:

“Hava-damcı və ünsiyyət yolu ilə yayılan yoluxucu infeksiyaların hər zaman epidemiya törətmək qabiliyyəti var. Bu viruslar bütün dünyada asanlıqla yayıla və pandemiyaya səbəb ola bilər. Çünki biz qloballaşan dünyada yaşayırıq. Pandemiyanın zəifləməsi ilə bağlı olaraq əksər ölkələr öz sərhədlərini açır. Bu mənada belə bir risk həmişə var. Virusa yoluxan bir xəstənin Azərbaycana gəlməsi ilə ölkədə bu xəstəlik yayıla bilər”.

Həkimin sözlərinə görə, “Meymun çiçəyi” virusu təbii çiçək virusunun bir növüdür:

“Təbii çiçək virusu çox təhlükəli infeksiyadır. Hətta deyərdim ki, dünyada ən təhlükəli infeksiyalar taun və təbii çiçəkdir. “Meymun Çiçəyi” də bu ailəyə daxildir. Virus orqanizmə daxil olduqdan sonra qripəbənzər əlamətlər müşahidə olunur. Xəstədə halsızlıq, qızdırma, əzələ və bel ağrıları yaranır, həmin şəxslərin dərisində səpkilər əmələ gəlir. Lakin bu virus təbii çiçək vaksininə qarşı həssasdır. Vaksin insanları 70-80 faiz virusdan qoruya bilir. Sadəcə olaraq belə infeksiyalar yerində lokallaşdırılmalıdır. “Meymun çiçəyi” ilk dəfə olaraq Danimarkanın Kopenhagen şəhərində aşkar olunub. Daha sonra infeksiya Afrikada tapıldı. İndi isə ABŞ və digər dövlətlərdə infeksiyaya yoluxan şəxslər var. Ona görə də dərhal bu virusun yayılmasının qarşısı alınmalıdır. Azərbaycan da bu məsələdə diqqətli olmalıdır. Trans-sərhəd zonalarında təhlükəli şəxslər nəzarətə götürülməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*