Dünyanın ağciyərləri TƏHLÜKƏDƏ: Amazonda hər gün 3 min futbol meydançası böyüklüyündə meşə məhv edilirbackend

Dünyanın ağciyərləri TƏHLÜKƏDƏ: Amazonda hər gün 3 min futbol meydançası böyüklüyündə meşə məhv edilir

Amazonda hər gün 3000 futbol meydançası böyüklüyündə meşə məhv edilir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyada Amazon meşələrində gündə 3000 futbol meydançası böyüklüyündə ərazi keçəlləşib. Ekspertlər xəbərdarlıq edirlər ki, Amazonda ekoloji tarazlıq qorunmasa, qlobal iqlim böhranı hədsiz dərəcədə artacaq.

Amazon İnsan və Ətraf Mühit İnstitutundan verilən açıqlamaya görə, meşələrin qırılması 2022-ci ildə sürətlə artacaq. Açıqlamada qeyd olunub ki, ötən il meşə sahəsində gündə təxminən 3 min futbol meydançası böyüklüyündə olan ağaclar kəsilərək məhv edilib.

Məlumatda, 2022-ci ilin dekabr ayında 287 kvadrat kilometr meşə sahəsinin məhv edildiyi qeyd olunub. Bu rəqəm 2021-ci ilin dekabr ayı ilə müqayisədə 105 faiz çoxdur.

Yer kürəsinin oksigeninin 20 faizini təmin edən və “Yer kürəsinin ağciyərləri” adlanan Amazon meşəsi ildə 1 milyard tondan çox atmosfer karbonunun buraxılmasının qarşısını alır. Dünyadakı heyvan və bitki növlərinin 10 faizinin yerləşdiyi Amazon meşələri eyni zamanda Cənubi Amerikanın səkkiz fərqli ölkəsində yaşayan 400-dən çox yerli qəbilələrə ev sahibliyi edir.

QLOBAL BALANS POZULA BİLƏR

ABŞ-da yerləşən Dünya Resursları İnstitutu (WRI) xəbərdarlıq edib ki, Amazon tropik meşələrində ekoloji tarazlıq qorunmasa, qlobal iqlim böhranı eksponent olaraq artacaq. Araşdırmada iştirak edən iqtisadçı Juan-Carlos Altamirano, “Amazonun yerli xalqlarının hüquqları qorunmasa və torpaqları əlindən alınsa, ölkələrin karbon emissiyası hədəflərinə çatması mümkün deyil”, fikirlərini səsləndirib. O, vəziyyətin dünyanın başqa yerlərində də belə olacağına diqqət çəkib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*