Dünyanın ən yaşlı insanı öldübackend

Dünyanın ən yaşlı insanı öldü

Braziliyada planetin ən yaşlı insanı olduğu iddia edilən Seu Xose Paulino Qomez vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda G1 portalı məlumat yayıb.

“İyulun 28-də Minas Gerais ştatının Zona da Mata şəhərindəki Pedra Bonitada bir kişi 127 yaşında öldü. Silva qeyd dəftərxanasının məlumatına görə, 1917-ci ildə qeydə alınmış nikah şəhadətnaməsinə əsasən, şəhərdə tək olan Xose Paulino Qomezin 4 avqust 1895-ci ildə anadan olduğu güman edilir”, – məlumatda qeyd olunub.

Yaxınlarının dediyinə görə, Qomez bütün ömrü boyu heyvandarlıqla məşğul olub, at belində səyahət edib.

Seu Xose Paulino Qomez yaşla əlaqədar çoxlu orqan çatışmazlığından ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*