Duqina qətlinin arxasında bu ölkə dayanır – ABŞ kəşfiyyatıbackend

Duqina qətlinin arxasında bu ölkə dayanır – ABŞ kəşfiyyatı

Rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinin arxasında Ukrayna hakimiyyəti dayanır. Qətlin ehtimal edilən sifarişçilərinin adlarını artıq ABŞ xüsusi xidməti bilir.

KONKRET.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu York Tayms” nəşri çıxış edib.

ABŞ xüsusi xidmət rəsmisinin sözlərinə görə, ABŞ bu teraktda iştirak etməyib və heç bir kəşfiyyat məlumatı da verməyib. Bundan başqa, rəsmilər hətta bu əməliyyat haqda əvvəlcədən məlumatsız olublar.

“Əgər bizimlə məsləhət edilsəydi, mütləq bu qətlə qarşı çıxacaqdıq”, – o bildirib.

Birləşmiş Ştatlar hesab edir ki, ictimai xadimlərə qarşı bu cür hücumlar böyük simvolik əhəmiyyətə malikdir və Moskvanı Ukraynanın yüksək rütbəli məmurlarına zərbə endirməyə təhrik edə bilər.

Qeyd edək ki, jurnalist və politoloq Darya Duqina 20 avqustda Moskvaətrafı ərazidə avtomobilinin partladılması ilə qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*