Düşmənin təxribatı Zəngilana köçürülən vətəndaşlarımız üçün hansı təhlükələr yaradır? – AÇIQLAMAbackend

Düşmənin təxribatı Zəngilana köçürülən vətəndaşlarımız üçün hansı təhlükələr yaradır? - AÇIQLAMA

Düşmənin dünən gecədən başlayaraq sərhəddə təxribatlara cəhd göstərməsi ciddi narahatlıqlara səbəb olub. Bir çox inanlar təxribatların Zəngilanın Ağalı kəndinə köçürülən vətəndaşlarımız üçün də təhlükə yaradacağından narahatlıqlarını ifadə ediblər. Bəs görəsən cəbhədə yaşanan gərginlik Zəngilana köçürülən həmvətənlilərimiz üçün hansısa təhlükə yaradır?. Ümumiyyətlə Rusiya sülhməramlıları baş verən təxribatların qarşısını almaq üçün məsələyə müdaxilə edə bilərmi?  

Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert, ehtiyyatda olan zabit Tərlan Eyvazov bildirib ki, həm ötən ilin avqustunda, həm də indi cəbhə boyu aparılan bütün tədbirlər işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdən ötrü atılan addımlardır: “Xəritəyə diqqət etsək, Zəngilanın Ağalı kəndinin hadisələr baş verən ərazidən çox uzaq olduğunu görə bilərik. Üstəlik kənd ermənilərin yaşadığı və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən də xeyli aralıdır. Ona görə də, düşünürəm ki, Zəngilana köçürülən vətəndaşlarımıza hazırda baş verən təxribatların heç bir təsiri olmayacaq və bu, mümkün deyil. Bu gün vətəndaşlarımızı işğaldan azad edilən ərazilərə ona görə köçürə bilmirik ki, hələ təhlükəsizlik tam təmin olunmayıb. Göründüyü kimi istər Qarabağ, istərsə də Ermənistanla sərhəd ərazisində təxribatlarla üzləşirik. Soydaşlarımız 30 il ərzində əziyyət çəkiblər, güllə yağışının altında olublar. Ona görə də, biz revanşist qüvvələri tam şəkildə məhv etməyənə, yaxud sülh müqaviləsi imzalanmayana qədər vətəndaşlarımızı tam şəkildə o ərazilərə köçürə bilmərik.

Ermənilər niyə məhz daha çox Kəlbəcəri atəşə tuturlar? - Hərbi ekspert  İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI | KONKRET

Hərbi ekspert əlavə edib ki, Rusiya sülhməramlıları imzalanan Bəyanata uyğun olaraq hərəkət etdiyini açıqlayır: “Təxribatlar Ermənistanla sərhəd ərazidə baş verir. Orada isə sülhməramlılar yoxdur. Onlar ancaq Qarabağ ərazisində yerləşiblər. Ona görə də, sülhməramlılar baş verən təxribatlara müdaxilə etmirlər. Əgər biz hücum edib Ermənistan ərazisini nəzarətə götürsək, bu zaman onlar KTMT vasitəsi ilə məsələyə qarışa bilərlər. Amma Azərbaycan Prezidenti beynəlxalq siyasətdə böyük mütəxəssisdir. Ona görə də, əvvəlcədən bütün qərarları alıb və lazımı yerlərə bu barədə xəbərdarlıq edilib”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*